cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Salahın bərpa müddəti 3 həftə çəkəcək

28.05.2018 09:33 Oxundu 1694

İngiltərənin "Liverpul" klubunun və Misir yığma komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının finalında "Real"a qarşı oyunda aldığı zədəyə görə 3 həftə müddətinə sıradan çıxıb. Tibbi müayinə zamanı futbolçuya kürək nahiyəsində bağların qırılması diaqnozu qoyulub.

Onun müalicəsi 3 həftə çəkəcək. Belə olan halda, Salah Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edə biləcək. Onun qrup mərhələsində Uruqvaya qarşı keçiriləcək ilk oyunu buraxacağı gözlənilir.

Futbol üzrə Dünya çempionatı iyun ayının 14-də Rusiya-Səudiyyə Ərəbistanı matçı ilə start götürəcək.(Report)