çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

300 min nəfər Ramosun cəzalandırılması üçün petisiya imzaladı

28.05.2018 11:19 Oxundu 2570

Təxminən 300 min nəfər “Real” Madridin müdafiəçisi Serxio Ramosun Çempionlar Liqasının finalında “Liverpul”un forvardı Məhəmməd Salahı zədələdiyinə görə cəzalandırılmas tələbi ilə petisiya imzalayıb.

Cempion.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə onlar UEFA və FIFA-ya müraciət ediblə. Petisiya “Change.org” saytında dərc edilib.

Petisiyada qeyd edilir ki, S. Ramos M. Salahın qolunu qəsdən tutaraq onu zədələmək istəyib: “Ramos gələcək nəsil futbolçular üçün qorxunc nümunədir. O, düzgün yolla qalib gəlmək əvəzinə futbolda düzgün oyunun ruhuna meydan oxuyur. FIFA və UEFA Ramos və buna bənzər futbolçulara qarşı tədbirlər görməlidir”.