cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Qarabağ” Çempionlar Liqasında bu komandalarla üzləşə bilər​ - SİYAHI

28.05.2018 11:32 Oxundu 1875

"Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi iyunun 19-da keçiriləcək püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq. "Səpələnməmişlər" səbətində isə bu komandalar olacaq:

"Şkendiya" (Makedoniya), "Olimpiya" (Lyublyana, Sloveniya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Valletta" (Malta), "Vikinqur" (Farer adaları), "Kruzayders" (Şimali İrlandiya), "Alaşkert" (Ermənistan), "Sutyeska" (Monteneqro), "Suduva" (Litva), "Kork Siti" (İrlandiya), "Spartak" (Yurmala, Latviya), "Valür" (İslandiya), "Flora" (Estoniya), "Torpedo" (Kutaisi, Gürcüstan) və ilkin mərhələnin qalibi.

İlkin mərhələdə "Linkoln" (Cəbəllütariq), "Santa-Koloma" (Andorra), "La Florita" (San Marino) və "Drita" (Kosovo) komandaları arasında mini-turnir keçiriləcək və qalib I təsnifat mərhələsinə yüksələcək.

UEFA Azərbaycan və Ermənistan komandalarının bir-birilərinə rəqib olmalarına icazə vermədiyindən, "Qarabağ"a "Alaşkert" istisna olmaqla, "səpələnməmişlər" səbətindəki istənilən komanda rəqib ola bilər.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək.