cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

İngilis müdafiəçi dünya çempionatında çıxış etməyəcək

28.05.2018 15:54 Oxundu 1591

"Börnli" klubunun və İngiltərə milli komandasının futbolçusu Ceyms Tarkovski Rusiyadakı dünya çempionatında iştirak etməyəcək. Səbəb 26 yaşlı müdafiəçinin qasıq nahiyəsindəki zədədir. Artıq yığmanın düşərgəsini tərk edən oyunçu əməliyyat olunacaq.

Tarkovski millinin baş məşqçi Qaret Sautgeytin açıqladığı siyahıda 5 futbolçudan ibarət ehtiyat siyahıda yer alırdı. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 31 oyun keçirib.

Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. İngiltərə millisi Tunis (18 iyun, Volqoqrad), Panama (24 iyun, Nijni-Novqorod) və Belçika (28 iyun, Kalininqrad) ilə birgə G qrupunda çıxış edəcək. (Report)