çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Millimiz növbəti yoxlama matçına çıxacaq

28.05.2018 17:44 Oxundu 2373

Sabah Azərbaycan millisi növbəti yoxlama matçına çıxacaq.

Qurban Qurbanovun başçılıq etdiyi komanda Qırğızıstan yığmasını qəbul edəcək.

Bu, “Qarabağ”ın çalışdırıcısının yığmanın “sükanı arxasında” 4-cü sınağı olacaq. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlubiyyətə üzülüb.

Bu dəfəki rəqib komandamız üçün yad deyil. Millimiz 2018-ci ildə 4-cü yoxlama matçında Qırğızıstanla 4-cü dəfə üz-üzə gələcək. İki dəfə qalib gəlib, 1 dəfə “sülh” bağladığımız asiyalıları sevindirəcəyimiz inandırıcı görünmür. Qırğızlara uduzmayan yığmamız bu dəfə də uğurlu seriyanı davam etdirmək iddiasındadı.

Düzdür, Bakı Olimpiya Stadionunda baş tutacaq görüşdə komandamızın asan qələbə qazanacağı da gözlənilmir. Çünki Qurbanov Millətlər Liqası üçün hələ optimal heyət axtarışındadı və onun qırğızlarla duelə də bir neçə futbolçunu fərqli mövqedə oynadacağı istisna edilmir. Amma hər halda, qələbə Qurbanovlu yığmanın ilki olacaq. Bu, həm də qələbəsizlik seriyasını bitirib, 2018-ci ilin “siftə”sini rəsmiləşdirəcək.

Yoxlama oyunu

20:00. Azərbaycan - Qırğızıstan

Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı Azərbaycan)

Bakı. Olimpiya Stadionu

Qeyd edək ki, yığmamız iyunun 5-də Qazaxıstan, 4 gün sonra Latviya ilə də yoldaşlıq oyunu keçirəcək.