şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Millimiz Qırğızıstana qarşı

29.05.2018 10:52 Oxundu 1864

Bu gün futbol üzrə Azərbaycan və Qırğızıstan milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Cempion.az xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər idarə edəcəklər. Yoldaşlıq oyununun baş hakimi Ali Palabıyık olacaq.


Azərbaycan-Qırğızıstan yoldaşlıq oyunu Bakı Olimpiya Stadionunda saat 20:00-da sbaşlayacaq. Bu, millimizin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında dördüncü sınağı olacaq. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlub olub.

Qeyd edək ki, millimiz Qırğızıstanla oyundan sonra iyunun 5-də Qazaxıstan, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoldaşlıq oyunu keçirəcək.