cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Real" 60 milyona müdafiəçi alır

29.05.2018 14:17 Oxundu 1380

"Atletiko"nun müdafiəçisi Xose Ximenes karyerasını "Real"da davam etdirə bilər.

Apasport.az saytının "Marca"ya istinadən məlumatına görə, "Real" uruqvaylı futbolçunun sərbəst qalma dəyəri olan 60 milyon avronu ödəməyə hazırdı.

Ximenes uzun müddətdi ki, "kral klubu"nun maraq dairəsindədi. Onun komandanın oyun tərzinə uyğun olduğunu düşünən baş məşqçi Zinədin Zidan 60 milyon avronun o qədər də yüksək məbləğ olmadığına inanır.

Geridə qalan mövsümdə La Liqada 23 matçda meydana çıxan Xose Ximenes 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.