cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Ronaldo "Real"ın yeni formasının təqdimatında niyə yer almadı? - VİDEO

29.05.2018 15:05 Oxundu 1890

"Real" yeni mövsüm geyinəcəyi iki formanı ictimaiyyətə təqdim edib.

Madrid klubunun ev oyunlarının forması ənənəvi olaraq ağ rəngdədir. "Real" səfər matçlarında isə qara rəngdə forma geyinəcək.

"Adidas"ın təchiz etdiyi formanın təqdimatı üçün hazırlanmış video və şəkillərdə komandanın hücumçusu Kriştiano Ronaldo yer almayıb. Bunun portuqaliyalı hücumçunun "Nike" ilə imzaladığı şəxsi müqaviləyə görə ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, K.Ronaldonun "Real"dan ayrıla biləcəyi iddia olunur.



VİDEO