şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

“Barselona”nın futbolçusu ingilis nəhənglərinin “radar”ında

29.05.2018 18:25 Oxundu 2074

“Barselona”nın müdafiəçisi Jordi Alba mövsümlərarası fasilədə klubunu dəyişə bilər.

Apasport.az saytının “Diario Sport”a istinadən məlumatına görə, “Mançester Yunayted” və “Çelsi” onu heyətində görmək istəyir.

Hər iki klub uzun müddətdi Albanı yaxından izləyir. “Barselona”nın ispan futbolçuya yeni müqavilə təklif etməməsi “Mançester Yunayted” və “Çelsi”nin marağının daha da artmasına səbəb olub.

Geridə qalan mövsümdə La Liqada 33 matçda meydana çıxan Jordi Alba 2 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.