cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Kim gəlir, kim gedir? - YENİLƏNİR

30.05.2018 12:00 Oxundu 2270

Topaz Premyer Liqasında 2017/18 mövsümü başa çatdığından, klublar transfer çalışmalarına başlayıblar. Elita iştirakçıları ilk olaraq heyətlərində “təmizləmə işləri” aparmaqla məşğul olacaqlar.

Klubunu tərk edən bir neçə oyunçunun adına artıq aydınlıq gəlib. Həmçinin, icarədən qayıdan futbolçular da var. Lakin hələlik heç bir komanda transfer həyata keçirməyib.

“Qarabağ”

Gələn: yoxdu

Gedənlər: Pedro Enrike (PAOK, Yunanıstan: icarə müddəti başa çatıb), Ramil Şeydayev ("Trabzonspor", Türkiyə: icarə müddəti başa çatıb), Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Səbail"), Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə, Əfran İsmayılov, Arif Daşdəmirov

Müqavilə müddətini artıran: yoxdu

“Qəbələ”

Gələnlər: Rauf Əliyev (“Kukesi”, Albaniya), Araz Abdullayev (“Anortosis”, Kipr: icarədən qayıdıb)

Gedənlər: Roman Qriqorçuk (baş məşqçi), Dion Malon

Müqavilə müddətini artıran: Dmitri Bezotosnı

“Neftçi”

Gələn: yoxdu

Gedən: İqnasio Errera

Müqavilə müddətini artıran: yoxdu

“Zirə”

Gələn: yoxdu

Gedənlər: Yani Urdinov ("Bohemians", Çexiya: icarə müddəti başa çatıb), Comal Evans Uilyams ("Murselaqos", Meksika: icarə müddəti başa çatıb), Elşən Abdullayev ("Qarabağ", icarə müddəti başa çatıb), Yovan Krneta, Milan Duriç, Viktor İqbekoyi

Müqavilə müddətini artıranlar: Ayxan Abbasov (baş məşqçi), Mirsahib Abbasov, Anar Nəzirov, Kamal Bayramov

“Sumqayıt”

Gələn: yoxdu

Gedənlər: Samir Abasov (baş məşqçi), Amil Yunanov

Müqavilə müddətini artıranlar: Vurğun Hüseynov, Cavid Tağıyev

“Keşlə”

Gələn: yoxdu

Gedən: yoxdu

Müqavilə müddətini artıran: Yuri Maksimov (baş məşqçi)

"Səbail"

Gələnlər: Aftandil Hacıyev (baş məşqçi), Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ")

Gedənlər: Samir Əliyev (baş məşqçi), Yevgeni Koçuk (“Jilina”, Slovakiya: icarə müddəti başa çatıb), Faruk Miya (“Standard”, Belçika: icarə müddəti başa çatıb), Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Kərim Diniyev, Vüqar Nadirov, Ruslan Əmircanov

Müqavilə müddətini artıran: yoxdu

“Kəpəz”

Gələn: yoxdu

Gedən: Dario Federiko

Müqavilə müddətini artıran: yoxdu

“Sabah”

Gələn: yoxdu

Gedən: Arif Əsədov (baş məşqçi)

Müqavilə müddətini artıran: yoxdu

Qeyd: “Kəpəz” və “Sabah”ın aqibəti bəlli olmadığından, hələlik hər iki komandanı siyahıda saxlayırıq. (Apasport)