cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

DÇ-2018: Messi Argentinanı favorit saymır

30.05.2018 15:14 Oxundu 1775

Lionel Messi Buenos-Ayresdə oynanılan və Argentina yığmasının Haiti üzərində 4:0 hesablı qələbəsi ilə yekunlaşan hazırlıq görüşündən sonra mətbuat nümayəndələrinin qarşısına çıxıb.

Leo nəticənin o qədər də önəmli olmadığını deyib.

“Dünya çempionatı ərəfəsində azarkeşlərimizlə sağollaşmaq imkanı əldə etdik. Bu, nəticədən daha önəmlidi. Təsnifat mərhələsi ərzində çətin perioddan keçsək də, indi məşqlərdə hər şey qaydasında gedir” – deyə, Messi bildirib.

30 yaşlı futbolçu son olaraq mundialın favoriti olmadıqlarını fikirlərinə əlavə edib: “Çempionatın favoriti deyilik, ancaq bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, Messi Haiti ilə oynanılan hazırlıq qarşılaşamsında het-trik edib.

Argentina yığması dünya çempionatı öncəsi son hazırlıqlarını tamamlamaq üçün Barselonaya yollanıb. Apasport