cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

PSJ kisənin ağzını açdı - Ronaldoya fantastik təklif

30.05.2018 16:45 Oxundu 1685

“Real”ın hücumçusu Kriştiano Ronaldo karyerasını PSJ-də davam etdirə bilər.

Paris klubunun təmsilçiləri bu keçidin baş tutması üçün “Real”la əlaqəyə keçib və 150 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.

PSJ Ronaldonun özünə isə illik 45 milyon avro əmək haqqı ödəmək niyyətindədi. Bununla da, o, 37 milyon avro qazanan Neymarı qabaqlayaraq, klubun ən çox məvacib alan futbolçusu ola bilər.

PSJ rəhbərliyi ön xətdə Ronaldo-Neymar-M’bappe üçlüsünü yaratmaq istəyir. Digər tərəfdən, “Real” portuqaliyalı futbolçunu satmaq fikrində deyil. Eyni zamanda, “kral klubu” Neymarı heyətində görmək niyyətindədi.

Qeyd edək ki, Kriştiano Ronaldonun müqaviləsində göstərilən sərbəst qalma məbləği 1 milyard avro təşkil edir. Apasport