cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Misir Futbol Federasiyasından açıqlama: Salah DÇ-də oynaya biləcək?

31.05.2018 11:18 Oxundu 1504

ÇL-nin finalında “Real” oyunda zədələnən Muhammed Salahın vəziyyəti haqqında rəsmi məlumat yayılıb.

Apasport.az saytının bu barədə Misir Futbol Federasiyasının prezidenti Hani Abo Rida açıqlama verib.

O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi dünya çempionatında Uruqvaya qarşı iyunun 15-də ilk tur matçını buraxmalı olacaq.

Lakin Salah A qrupunun II turunda Rusiya ilə 19 iyunda keçiriləcək oyunda mütləq yer alacaq. Misirin daha bir qarşılaşması iyunun 25-də Səudiyyə Ərəbistanı ilə olacaq.