çərşənbə, 17 aprel 2024

DÜNYA FUTBOLU

KİV: Zinəddin Zidan "Real Madrid"in baş məşqçi postundan istefa verib

31.05.2018 15:13 Oxundu 2258

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan istefa qərarı qəbul edib.

46 yaşlı mütəxəssis qərarını bu gün keçirəcəyi mətbuat konfransında rəsmən açıqlayacaq. Jurnalistlər önünə klub prezidenti Florentino Peresin də çıxacağı gözlənilir.

Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"ə 4 yanvar 2016-cı ildə baş məşqçi təyin olunub. Report