çərşənbə, 08 may 2024

DÜNYA FUTBOLU

Kriştianu Ronaldu 8 il həbs cəzası ala bilər

31.05.2018 16:21 Oxundu 2166

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu 8 il həbs cəzası ala bilər.

33 yaşlı hücumçunu vergidən yayındığına görə, həbs cəzası gözləyir. Portuqaliya yığmasının hücumçusu həbs olunmaması üçün iyunun 15-dək İspaniya vergi orqanlarına 28 milyon avro ödəməlidir.

Təcrübəli forvard 2011 - 2014-cü illərdə 14,7 milyon avronu vergidən yayındırmaqda ittiham olunur. Prokurorluq hesab edir ki, futbolçu biznes-strukturu yaratmaq üçün gəlirlərinin gizlədilməsindən istifadə edib.

Qeyd edək ki, bu gün Zinəddin Zidan "Real Madrid"in baş məşqçi postundan istefa verib. O, qərarının Kriştianu Ronaldu ilə bağlı olmadığını açıqlayıb. Report