cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Qriqorçuk "Astana"nın baş məşqçisi təyin olunub - RƏSMİ

01.06.2018 13:28 Oxundu 1644

“Qəbələ” klubunun sabiq baş məşqçisi Roman Qriqorçuk Qazaxıstanın "Astana" komandasının sükanı arxasına keçib. "Astana"nın rəsmi saytının xəbərinə görə, 53 yaşlı mütəxəssis bu gün ictimaiyyətə təqdim olunub. Onunla birgə mətbuat konfransına klub prezidenti Sayan Hamitcanov da qatılıb.

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. O, daha əvvəl Latviyanın “Dinaburq” və “Ventspils”, vətənində isə “Metallurq” ilə “Çernomorets” komandalarına rəhbərlik edib.(Report)