cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Keşlə" klubu Azərbaycan millisinin futbolçusu ilə 2 illik müqavilə bağlayacaq

01.06.2018 14:14 Oxundu 2496

“Keşlə” klubu Azərbaycan milli komandasının futbolçusu Slavik Alxasovla müqavilənin müddətini uzadacaq. 25 yaşlı sol cinah yarımmüdafiçi paytaxt klubunun yeni sözləşmə təklifini müsbət cavablandırıb. O, növbəti iki mövsümdə də “Keşlə”nin formasını geyinəcək.

Qeyd edək ki, Alxasov 2016-cı ilin iyulunda “Keşlə”yə keçib. O, karyerası ərzində “Sumqayıt”, “Neftçi” və “Xəzər Lənkəran”da da çıxış edib.(Report)