çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Zidana 200 milyon dollarlıq iş təklifi

01.06.2018 17:27 Oxundu 1600

“Real” Madridin keşmiş baş məşqçisi Zinəddin Zidan futbol üzrə Qətər yığmasına rəhbərlik edə bilər. Cempion.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Z. Zidana 176 milyon funt-sterlinq (təqribən 200 milyon dollar) məbləğində müqavilə təklif ediləcək. Sazişin müddəti dörd il təşkil edəcək. Xatırladaq ki, 45 yaşlı fransız mütəxəssis ötən gün Madrid klubundan istefa verib. O, 2016-cı ildən “Real”a rəhbərlik edirdi. Qətər 2022-ci ildə futbol üzrə dünya çempionatını qəbul edəcək.