çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Salah dünya çempionatında oynaya biləcək?

02.06.2018 12:25 Oxundu 1694

Misir yığmasının baş məşqçisi Ektor Kuper Məhəmməd Salahın Rusiyada keçiriləcək mundialda oynamaq şanslarını dəyərləndirib.

Apasport.az saytının “Goal”a istinadən məlumatına görə, 25 yaşlı futbolçunun analizlərinin nəticələri vəziyyəti ürəkaçan olduğunu göstərir.

“Optimistik. Bütün tibbi analizlərin nəticələri Məhəmməd Salahın dünya çempionatında oynaya biləcəyini göstərir. Buna baxmayaraq, biz çempionatın başlanğıcı ərəfəsində baş verə biləcək istənilən situasiyaya hazır olmalıyıq” – deyə, Kuper bildirib.

Argentinalı mütəxəssis son olaraq Salahın komanda üçün önəmindən danışıb: “Təbii ki, Salahın yerini doldurmaq asan məsələ deyil. O, bizim əsas “silah”larımızdandı. Xüsusilə də, sürəti və ustalığı hesabında əks-hücumlarda komandaya çox xeyri dəyir”.

Qeyd edək ki, Məhəmməd Salah “Real”la oynanılan Çempionlar Liqası final matçında çiynindən zədə almışdı.