şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Çelsi" Sarridən imtina etdi

02.06.2018 16:29 Oxundu 1723

"Çelsi" "Napoli"nin sabiq baş məşqçisi Mauritsio Sarridən imtina edib.

Apasport.az saytının “Calcio Napoli 24”ə istinadən məlumatına görə, 59 yaşlı mütəxəssis yaxın həmkarlarına “Çelsi” ilə danışıqların baş tutmadığını deyib.

“Napoli”ni təmsil edən vəkillərdən Mattia Qrasani Sarrini baş məşqçi kimi görmək istəyən istənilən klubun birbaşa Neapol klubu ilə əlaqəyə keçməli olduğunu bildirib. Çalışdırıcının “Napoli” ilə 2019-cu ilin iyununa qədər nəzərdə tutulan müqaviləsi onun başqa klublarla müstəqil şəkildə danışıqlar aparmasına icazə vermir.

Qeyd edək ki, 25 mayda Sarrinin “Çelsi” ilə 4 il müddətinə anlaşdığına dair məlumat yayılmışdı. Lakin sonradan “zadəganlar” italiyalı məşqçinin müqaviləsində göstərilən sərbəst qalma məbləğini – 8 milyon avronu ödəməkdən imtina ediblər. “Çelsi”nin belə bir addım atması Sarrinin xarakteri ilə əlaqələndirilir.