cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ" klubu ikinci transferini reallaşdırıb

02.06.2018 17:16 Oxundu 1831

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” klubu ikinci transferini rəsmiləşdirib.

Cempion.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi gənc futbolçu Rahil Məmmədovu heyətinə qatıb. Mərkəz müdafiəçisiylə 3 illik müqavilə imzalanıb. Komanda bundan öncə Filip Ozobiçi transfer etdiklərini açıqlamışdı

Qeyd edək ki, Rahil Məmmədov son olaraq "Səbail"də çıxış edib.