cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Azərbaycan millisinin futzalçısı İspaniya klubuna keçib

03.06.2018 13:55 Oxundu 1825

Azərbaycan milli komandasının və "Araz" klubunun futzalçısı Everton Kardoso karyerasını İspaniyada davam etdirəcək.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 31 yaşlı müdafiəçi “Levante” ilə anlaşıb.

Qallo ləqəbli oyunçu yeni klubunda 2018/2019 mövsümündə çıxış edəcək. Onun "Araz"la müqaviləsi mayda başa çatıb.

"Növbəti mövsümdə "Levante"də oynayacağam. Klubun məşqçi heyətinə mənə olan inamına görə təşəkkür edirəm", - deyə təcrübəli futzalçı bildirib.

Qeyd edək ki, 2016-cı ilin yayında "Araz"a cəlb edilən Qallo indiyə qədər 10 rəsmi oyunda millinin formasını geyinib. (Report)