şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Avropa Liqasında klublarımızın potensial rəqibləri - SİYAHI

04.06.2018 13:37 Oxundu 1881

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qəbələ”, “Neftçi” və “Keşlə”nin bütün potensial rəqibləri bəlli olub.

İyunun 12-də keçiriləcək ilkin mərhələnin püşkatmasında 14 komanda iki səbətə bölünəcək.

Azərbaycan komandaları isə yarışa I təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. Komandalarımız səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, təmsilçilərimizin mümkün rəqibləri nisbətən zəif komandalar olacaq.

UEFA tələblərinə görə, Ermənistan klublarının təmsilçilərimizə rəqib olmasına icazə verilmədiyindən, “Qəbələ”, “Neftçi” və “Keşlə”nin ilk rəqibi olmağa 44 namizəd var. Klublarımızdan yalnız “Qəbələ” II təsnifat mərhələsinə vəsiqə qazanarsa, yenə səpələnmişlər səbətində yer alacaq.

İlkin mərhələ

Səpələnmişlər: “Birkirkara”, “Qzira Yunayted” (hər ikisi Malta), “Trakai” (Litva), “Europa” (Cəbəllütariq), B-36 (Farer adaları), “Folqor” (San Marino), “Bala Taun” (Uels)

Səpələnməmişlər: “Cefn Drids” (Uels), “Sent Culiya”, “Enqordani” (hər ikisi Andorra), “Klaksvik” (Farer adaları), “Priştina” (Kosovo), “Tre Fiori” (San-Marino), “Sent Cozefs” (Cəbəllütariq)

I təsnifat mərhələsi

Səpələnmişlər: “Kopenhagen”, “Norşeland” (hər ikisi Danimarka), “Maribor”, “Domjale”, “Rudar” (hər üçü Sloveniya), “Makkabi” Təl-Əviv, “Beytar” (hər ikisi İsrail), “Partizan”, “Radniçki”, “Spartak” (hər üçü Serbiya), “Molde”, “Sarpsborq” (hər ikisi Norveç), “Apollon” (Kipr), “Dinamo”, “Şaxtyor” (hər ikisi Belarus), “Lex” (Polşa), “Hafnarfyordur” (İslandiya), “Dandalk” (İrlandiya), “Jalqiris” (Litva), “QƏBƏLƏ”, “Osiyek” (Xorvatiya), “Vardar”, “Rabotniçki” (hər ikisi Makedoniya), “Trençin”, “Slovan” (hər ikisi Slovakiya), “Anortosis” (Kipr), “Dinamo” (Tiflis, Gürcüstan), “Viytorul” (Rumıniya), “Qurnik” (Polşa), “Nımme Kalyu” (Estoniya), AİK, “Haken” (hər ikisi İsveç), “Levski”, MOİK, “Slaviya” (hər üçü Bolqarıstan), “NEFTÇİ”, “KEŞLƏ”, “Ventspils” (Latviya), “Reyncers”, “Hibernian” (hər ikisi Şotlandiya), “Tobol”, “İrtış”, “Kayrat” (hər üçü Qazaxıstan), “Fola” (Lüksemburq), “Sarayevo”, “Jelezniçar” (hər ikisi Bosniya və Herseqovina), “Mladost” (Monteneqro)

Səpələnməmişlər: “Levadiya”, “Trans” (hər ikisi Estoniya), “Vaduts” (Lixtenşteyn), “Milsami”, “Zarya”, “Petrokub” (hər üçü Moldova), “Styarnan”, “Vestmannaeyar” (hər ikisi İslandiya),“Ferentsvaroş”, “Uypeşt”, “Honved” (hər üçü Macarıstan), “Kliftonvil”, “Qlenavon”, “Kolreyn” (hər üçü Şimali İrlandiya), “Dunayska Ştreda” (Slovakiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Buduçnost”, “Qrbali” (hər ikisi Monteneqro), “Pünik”, “Qandzasar”, “Banants” (hər üçü Ermənistan), “Partizani”, “Luftetari”, “Laçi” (hər üçü Albaniya), “Çixura”, “Samtredia” (hər ikisi Gürcüstan), “Şkupi” (Makedoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “İlves”, “KuPS”, “Lahti” (hər üçü Finlandiya), “Deri”, “Şemrok Rovers” (hər ikisi İrlandiya), “Stumbras” (Litva), “Baltsan” (Malta), “Proqres”, “Union” (hər ikisi Lüksemburq), “Runavik” (Farer adaları), “Konak” (Uels), ilkin mərhələnin yeddi qalibi. Oxu.az