şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

“Qəbələ” 3 futbolçu ilə bağlı qərarını verdi: kapitan və digər yerlilər...

04.06.2018 14:46 Oxundu 2867

“Qəbələ”də daha 3 futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” yerli oyunçuları komandada saxlamağa nail olub.

Bunlar müdafiəçi Ürfan Abbasov və yarımmüdafiəçilər Elvin Camalovla kapitan Cavid Hüseynovdu. Klub rəhbərliyi müqavilə müddəti başa çatan adıçəkilən oyunçularla yeni saziş məsələsində razılığa gəlib. Həm Cavid, həm Elvin, həm də Ürfan yeni sözləşməyə razılıq verib. Onlar yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcəklər.

Qeyd edək ki, buna qədər Rauf Əliyevi heyətinə qatan, həmçinin Araz Abdullayev və Bəhlul Mustafazadəni qaytaran “Qəbələ” Dion Malon, Ruslan Qurbanov və Vitali Vernidubla yollarını ayırıb. Apasport