şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman istefa verib

04.06.2018 15:08 Oxundu 2392

Ali Koçun prezident seçilməsinin ardından “Fənərbaxça”da ilk istefa reallaşıb.

Baş məşqçi Aykut Kocaman istefa ərizəsini rəhbərliyə təqdim edib.

Koç rəsmi olaraq işinin icrasına başladıqdan sonra ərizəni dəyərləndirəcək və 53 yaşlı mütəxəssislə yoluna davam edib-etməyəcəyinə dair yekun qərarını açıqlayacaq.

Qeyd edək ki, Aykut Kocamanın “Fənərbaxça” ilə olan müqaviləsinin bitməsinə bir il qalmışdı. Apasport