cümə axşamı, 18 aprel 2024

DİGƏR NÖVLƏR

Karateçilər İstanbula yollanır

05.06.2018 15:39 Oxundu 2386

Mayın əvvəli Avropa çempionatından dönən əsas milli komandamız, 8-10 iyun tarixlərində İstanbulda Karate1 Premyer Liqa turnirində iştirak edəcək. Federasiyadan Cempion.az-a verilən məlumata görə, Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 19 idmançı yer alıb. Kişilərdən ibarət miili komandanın baş məşqçisi Şahin Xudaverdiyev Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (-67 kq), Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərova (+84 kq) etimad göstərib.
Qadınların baş məşqçisi Anar Allahverdiyev Nuranə Əliyevanı və Fidan Teymurovanı (-50 kq), eləcə də İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyevanı (+68 kq) heyətə daxil edib.
Baş məşqçi Vahid Ayvazovun çalışdırdığı kataçılar isə fərdi yarışlarda Roman Heydərovla, komanda çıxışlarında Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyətlə mübarizə aparacaq.
Beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov turniri idarə edənlər arasında olacaq. Mövsümün yeddi Karate1 Premyer Liqa turnirindən olan beşinci nüfuzlu yarışa 63 ölkədən 607 idmançı qatılacaq. Premyer Liqa yarışlarında medallardan başqa hər bir qələbə, idmançılara dünya reytinq xalları qazandırır.
6 iyunda Türkiyəyə yola düşən milli komandamız ayın 11-də vətənə qayıdacaq.