cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Braziliyada iş saatları dəyişdirildi - Dünya Çempionatına görə

05.06.2018 17:46 Oxundu 847

Braziliyada dövlət işində işləyənlər matça baxmaq üçün işdən getməyə icazə verilib. “Sovetskiy Sport” xəbər verir ki, bu qərar ölkənin icra hakimiyyətinin rəsmi nəşri olan “Diario Oficial da Uniao” nəşrində yerləşdirilib.

Bu qərara səbəb Rusiya ilə saat fərqi olub. Məsələ burasındadır ki, Rusiya vaxtı ilə təyin olunmuş matçlar Braziliyada günorta saatlarına tən gəlir. Buna görə də işləyən əhali bu maçlara baxa bilməyəcək. Bu qərar isə həmin problemi aradan qaldırır.

Qeyd edək ki, futbol üzrə 2018-ci ilin dünya çempionatı iyunun 14-dən iyulun 15-nə kimi Rusiyada keçiriləcək.(Modern.az)