06.06.2018 11:34
2620
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” daha bir futbolçusunu itirə bilər. “Qafqazinfo” xəbər verir ki, bu, ispan yarımmüdafiəçi Dani Kintanadır.
Belə ki, 31 yaşlı yarımmüdafiəçinin karyerasını ölkəsində davam etdirmək şansı yaranıb. Dani İspaniya Sequndasında çıxış edən “Las Palmas”dan təklif alıb.
Artıq tərəflər arasında ilkin danışıqlar da olub.
Qeyd edək ki, Dani Kintananın “Qarabağ”la müqaviləsi iyunun 30-da başa çatacaq.(Qafqazinfo)