cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Argentina millisi İsraillə yoldaşlıq görüşündən imtina etdi - SƏBƏB

06.06.2018 12:01 Oxundu 1815

Futbol üzrə Argentina milli komandasının İsrail yığması ilə yoldaşlıq görüşündən imtinasının səbəbləri müəyyənləşib. Bununla bağlı İsrailin Argentinadakı səfirliyinin yaydığı bəyanatda bildirilir. Rəsmi açıqlamada deyilir: "Lionel Messi ölüm təhdidləri aldıqdan sonra digər oyunçular onunla həmrəylik nümayiş etdirərək, matça çıxmaq istəməyiblər. Belə hədələr İsrail idmançıları və ölkənin sakinləri üçün yeni deyil. Biz öz torpağımızda Argentina idmanının əsas ulduzlarından birini qəbul etmək imkanını gözləyəcəyik".

Qeyd edək ki, daha əvvəl Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racub müsəlman azarkeşləri, İsraillə oyunda meydana çıxacağı halda, Lionel Messinin fotoları və futbolkalarını yandırmağa çağırıb. İsrail - Argentina matçı iyunun 9-na planlaşdırılmışdı. (Report)