Cümə axşamı, 21 iyun 2018

Menu

Cümə axşamı, 21 iyun 2018

DÜNYA FUTBOLU

Putin Dünya çempionatındakı favoritlərini sadaladı

06.06.2018 12:13

Rusiya Prezidenti Vladimir Putin Rusiyada keçiriləcək futbol üzrə qarşıdakı Dünya çempionatının favoritlərini sadalayıb.

Cempion.az-ın “Life.ru” portalına istinadən verdiyi məlumata görə, V. Putinin favoritləri arasında Argentina, Braziliya, Almaniya və İspaniya olub.

Rusiya Prezidenti deyib: “Bu, həm də Latın Amerikası komandaları - Argentina və Braziliyadır. Biz bilirik ki, Almaniya əvvəlki Dünya çempionatlarında əla oynayıb, İspaniya yığması da çox yaxşı oyun keyfiyyəti, çox gözəl futbol nümayiş etdirib”.

Onun sözlərinə görə, kimin Dünya çempionu olacağını demək çətindir, çünki bu titular iddiaçılar çoxdur. Bununla belə, V. Putin qeyd edib ki, onların arasında ən güclüsü qalib gələcək.

Oxundu: 88

© 2018 - NSPSOLUTIONS