Cümə axşamı, 18 oktyabr 2018

Menu

Cümə axşamı, 18 oktyabr 2018

BIZIM FUTBOL

“Qarabağ”ın daha bir legioneri komandanı tərk edir

06.06.2018 13:56

“Qarabağ”ın futbolçusu Dani Kintana ölkəsi İspaniyaya qayıda bilər.

İspaniyanın “Las Palmas” klubu Ağdam klubunun yarımmüdafiəçisinin xidmətində maraqlıdır.

Ötən mövsüm La Liqada XIX yeri tutaraq, aşağı liqaya yuvarlanan “Las Palmas” yenidən elitaya qayıtmaq üçün güclü heyət qurmaq niyyətindədir.

Baş məşqçi Manolo Ximenesin yeni layihəsində Kintanaya da yer var. Bu səbəbdən ispanlar vaxt itirmədən 31 yaşlı hücuma meyilli oyunçu ilə danışıqlara start verib.

Qeyd edək ki, Dani Kintananın “Qarabağ”la müqaviləsi iyunun 30-da başa çatdığından, futbolçu “Las Palmas”a azad agent kimi keçə bilər. Oxu.az

Oxundu: 357

© 2018 - NSPSOLUTIONS