cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

DÇ-2018: Panama - DOSYE

07.06.2018 13:46 Oxundu 2599

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 7 gün qalır. Növbəti dosyemiz Panama millisi barəsindədi.

Panama

FIFA sıralaması: 55-ci yer

Dünya çempionatlarında iştirak sayı: 0

Baş məşqçi

Ernan Dario Qomes: 62 yaş (03.02.1956)

Ernan Dario Qomes 2014-cü ilin fevralında milliyə baş məşqçi təyin olunub. Məhz onun rəhbərliyi altında Panama möcüzəni reallaşdıraraq tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazandı. Ancaq bu, Qomes üçün ilk belə hal deyil. O, daha öncə 1998-ci ildə Kolumbiya, 2002-ci ildə isə Ekvador millisini çalışdırarkən mundialda iştirak haqqı əldə edib.

Ulduz

Blas Peres: 37 yaş (13.03.1981)

Peres əsas yığmanın heyətində 2001-ci ilin martında Salvadorla oynanılan yoldaşlıq görüşündə debüt edib. 17 ildi milliyə çağrılan Blas bu müddət ərzində 113 dəfə meydana çıxıb və 43 dəfə rəqib qapıçılarını məyus edib. O, hazırda Qvatemalanın “Munisipal” klubunda forma geyir.

Dünya çempionatına gedən yol: Həlledici anlar

2016-cı il, noyabr

Fidel Eskobarın qolu komandaya önəmli Honduras səfərində 3 xal qazandırır.

2016-cı il, mart

Meksika ilə görüşdə qeydə alınan bərabərlikdən sonra komanda üçün işlər qaydasında getməməyə başlayır. Trinidad və Tobaqo və evdə ABŞ-la oynanılan matçlarda məğlubiyyət qeydə alınır. Bununla da, Panama turnir cədvəlindəki üstünlüyün əldən verir.

2016-cı il, sentyabr

Honduras üzərində qazanılan 3:0 hesablı qələbə komandanı üçüncü pillədən beşinciliyə qədər geri salan 6 matçlıq “qalibiyyət orucu”nun pozulması anlamına gəlirdi.

2016-cı il, oktyabr

ABŞ-ın evdə Panamaya 4 cavabsız qol vurması qonaqlar üçün işləri yenidən çətinə salır. Beləliklə, Qomesin yetirmələri, dünya çempionatına vəsiqə qazanmaq üçün son turda Kosta-Rikanı məğlub etməli, ABŞ isə sonuncu pillədə qərarlaşan Trinidad və Tobaqoya uduzmalı idi. Kiçik möcüzə reallaşır. Dörd gün sonra ABŞ məğlubiyyətlə barışır, Panama isə Ramon Torresin 88-ci dəqiqədə vurduğu qol sayəsində, Kosta-Rikaya 2:1 hesabı ilə qalib gələrək, tarixində ilk dəfə Rusiyanın yolunu tutur.

Dünya çempionatına hazırlıq

Bu günə kimi mundiala hazırlıq məqsədilə 4 yoldaşlıq görüşündə qüvvəsini sınayan Panama Trinidad və Tobaqoya qalib gəlib, Danimarka və İsveçrə ilə oyunlarda meydanı başıaşağı tərk edib, Şimali İrlandiya ilə matç isə heç-heçə başa çatıb. Panama iyunun 6-da Norveçlə qarşılaşacaq.

Dünya çempionatında

Panama mundialda Belçika, İngiltərə və Tunis yığmaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.

Qrup mərhələsi

G qrupu

I tur

18 iyun

19:00. Belçika – Panama

“Fişt”, Soçi

II tur

24 iyun

16:00. İngiltərə - Panama

Nijni Novqorod şəhər stadionu, Nijni Novqorod

III tur

28 iyun

22:00. Panama – Tunis

“Mordovia Arena”, Saransk

Yekun iştirak ərizəsi

Qapıçılar: Xose Kalderon (“Çorrillo”), Xayme Penedo (“Dinamo”, Buxarest, Rumıniya), Aleks Rodriges (“San Frantsisko”);

Müdafiəçilər: Adolfo Maçado (“Dinamo Hyuston”, ABŞ), Fidel Eskobar, Mikael Murilyo (hər ikisi “Nyu-York Red Bulls”, ABŞ), Felipe Baloy (“Munisipal”, Qvatemala), Roman Torres (“Sietl Saunders”, ABŞ), Erik Devis (“Dunayska”, Slovakiya), Luis Ovale (“Olimpiya”, Honduras), Qarold Kumminqs (“San-Xose”, ABŞ);

Yarımmüdafiəçilər: Qabriel Qomes (“Atletiko Bukaramanqa”, Kolumbiya), Anibal Qodoy (“San-Xose”, ABŞ), Alberto Kintero (“Universitario”, Peru), Armando Koper (“Universidad de Çili”, Çili), Xose Luis Rodriqes (“Gent”, Belçika), Valentin Pimentel (“Plasa Amador”, Panama), Edqar Barsenas (“Kafetaleros de Tapaçula”, Meksika);

Hücumçular: Blas Peres (“Munisipal”, Qvatemala), Luis Tehada (“Sports Boyz”, Peru), Qabriel Torres (“Uaçipato”, Çili), Abdiel Arroyo (“Alahuelense”, Kosta-Rika), İsmael Dias (“Deportivo”, İspaniya).