Cümə axşamı, 18 oktyabr 2018

Menu

Cümə axşamı, 18 oktyabr 2018

DÜNYA FUTBOLU

Almaniya prezidenti Ərdoğanla görüşən iki futbolçunu tənqid etdi

08.06.2018 12:25

Almaniya prezidenti Frank-Valter Ştaynmayer milli komandanın türk oyunçuları – İlkay Gündoğan və Məsut Özil barədə təhdid dolu açıqlama yayıb.

O, Almaniya ilə münasibətləri qaydasında olmayan Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla Böyük Britaniyanın paytaxtı Londonda görüşdükləri üçün hər iki futbolçunu tənqid edib:

“Onların hər ikisi alman dövlətinə bağlı insandır. Ona görə də ortadakı görüntünü düzəltmələri onlar üçün yaxşı olar”.

Qeyd edək ki, Frank-Valter Ştaynmayer Almaniya millisinin düşərgəsində olan hər iki futbolçu ilə də görüşüb. Ancaq onun bu addımı “Facebook”da ciddi tənqidlərə səbəb olub. Belə ki, 50 minə yaxın insan ona “Facebook”da mesaj yazaraq iradlarını bildirib.

Onu da bildirək ki, həmin görüşdə Türkiyə millisinin hücumçusu Cenk Tosun da iştirak edib. Futbolçular İngiltərədə çıxış etdikləri klubların formalarını Rəcəp Tayyip Ərdoğana bağışlayıb. Oxu.az

Oxundu: 392

© 2018 - NSPSOLUTIONS