Cümə axşamı, 18 oktyabr 2018

Menu

Cümə axşamı, 18 oktyabr 2018

BIZIM FUTBOL

"Sumqayıt" daha bir futbolçusu ilə yollarını ayırıb

09.06.2018 12:37

"Sumqayıt" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Klubdan verilən məlumata görə, yarımmüdafiəçi Elnur Abdullayevin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Əvəzində qapıçı Mehdi Cənnətovla müqavilənin müddətini uzatmaqla bağlı ortaq məxrəcə gəlinib.

“Qarabağ”dan ayrılan Əfran İsmayıov və “Qəbələ”ni tərk edən Elvin Məmmədovla da ilkin razılıq əldə edilib. Qəbələ təmsilçisinin müdafiəçisi Yusif Nəbiyevin də yenidən icarə əsasında “Sumqayıt”ın formasını geyinəcəyi gözlənilir.

Qeyd edək ki, “Sumqayıt” yay fasiləsində Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə və Cavid Tağıyevin müqaviləsinin müddətini uzadıb. Əvəzində Amil Yunanov, Kamal Mirzəyev, Azər Salahlı, Vüqar Bəybalayev, Rəşad Eyubov və Tural Axundov klubu tərk edub. Bəhlul Mustafazadə müqavilə ilə məxsus olduğu “Qəbələ”yə döndüyü halda, Fərhad Vəliyev karyerasını başa vurub.(Report)

Oxundu: 430

© 2018 - NSPSOLUTIONS