cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Dünya çempionu: “Çox sağ ol, Bakı!”

11.06.2018 15:20 Oxundu 2773

“Bu mənim sevinc göz yaşlarımdır. Bu cür anları hər gün yaşamırıq. Çox sağ ol, Bakı! Bu qələbə mənim üçün önəmli idi”. Cempion.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında kişilər arasında Elit kateqoriyasında çempion olmuş fransalı idmançı Silven Andre söyləyib.

Fransalı velosipedçi ötən ilin oktyabr ayında Bakıya səfərini xatırlayaraq Dünya Sınaq Yarışında da qələbə qazandığını vurğulayıb: “Bu dəfə üç həftə öncədən məşqlərə başladıq. Bu bizim üçün böyük təcrübə oldu. Özüm üçün ən güclü rəqib komanda yoldaşım Joris Dodeni görürdüm. Çünki bütün yarış ərzində qrupda əsas lider o idi”, deyə çempion fikirlərini tamamlayıb.