Cümə, 14 dekabr 2018

Menu

Cümə, 14 dekabr 2018

BIZIM FUTBOL

Əfran İsmayılov yeni klubu ilə müqavilə bağladı

11.06.2018 16:24

“Sumqayıt” klubu yay fasiləsində ilk transferini gerçəkləşdirib. Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”dan ayrılan Əfran İsmayılovla 1 illik müqavilə bağlanılıb. 30 yaşlı yarımmüdafiəçi yeni komandasında da 22 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Əfran İsmayılov “Qarabağ”dan (163 oyun, 22 qol) başqa “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Xəzər Lənkəran” (11 oyun, 1 qol) və “İnter”in (10 oyun, 3 qol) formasını geyinib. 2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.

Oxundu: 491

© 2018 - NSPSOLUTIONS