çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

"Professor" "Neftçi"yə qayıtdı

12.06.2018 16:43 Oxundu 2596

"Neftçi” PFK-nın əvəzedici komandasına baş məşqçi təyinatı olub.

Cempion.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.

1996-1997, 2004-2005-ci illərdə "Neftçi”də çıxış edən M.Qurbanov "Kəpəz”, "Şəmkir”, "Fulad” (İran), "Tavriya” (Ukrayna), "Xəzər Lənkəran”, "İnter” və "Bakı” klublarında da oynayıb. "Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxıb, 1 qol vurub.

M.Qurbanov futbolçu karyerasını başa vurandan sonra "Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. UEFA-nın A kateqoriyalı məşqçisidir.