çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

“Qəbələ” hazırlıqlara start verdi

13.06.2018 10:07 Oxundu 2775

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarına start verib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, qarşıdakı mövsümdə UEFA Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” bu gün Qəbələdə bir araya gəlib.
Komanda ilk məşqini doğma stadionda gerçəkləşdirib. Öncə fitnes zalında fiziki hazırlıq keçən futbolçular ardınca meydanda toplu çalışmaları yerinə yetirib.

Baş məşqi Sənan Qurbanovun rəhbərliyi ilə keçən məşq prosesində “Kəpəz”də icarə müddəti başa çatan Roman Hüseynov da iştirak edib. “Sumqayıt”dan qayıdan Bəhlul Mustafazadə, həmçinin U-21-in düşərgəsindən dönən digər futbolçular hazırlıq prosesinə iyunun 14-də qoşulacaq. Onlar kimi əsas millinin üzvləri də bugünkü hazırlıq prosesinə qatılmayıblar.

Xatırladaq ki, iyunun 18-dək Qəbələdə hazlrlıq keçəcək “qırmızı-qaralar” ayın 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.(Qol.az)