çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

"Real" yeni baş məşqçisi üçün təzminat ödəyəcək

13.06.2018 10:17 Oxundu 2797

"Real" yeni baş məşqçisi Xulen Lopeteqi üçün İspaniya Futbol Federasiyasına təzminat ödəyəcək.

"Marca"nın xəbərinə görə, 51 yaşlı mütəxəssislə vaxtından əvvəl müqaviləyə xitam veriləcəyi üçün federasiya Madrid klubundan 2 milyon avro alacaq. Bununla bağlı X.Lopeteqinin müqaviləsində qeyd olunub.

Qeyd edək ki, hazırda İspaniya millisinin baş məşqçisi olan X.Lopeteqi DÇ-2018-dən sonra "Real"ı çalışdıracaq.

Xatırladaq ki, X.Lopeteqi ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb.(Qol.az)