çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

İspaniya yığmasının baş məşqçisi komandadan qovuldu - Çempionata bir gün qalmı​ş

13.06.2018 14:45 Oxundu 1841

Futbol üzrə İspaniya yığmasının baş məşqçisi Xulen Lopeteqi Rusiyada keçiriləcək dünya çempionatında milliyə rəhbərlik etməyəcək. Cempion.az-ın “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales onun istefaya göndərildiyini açıqlayıb. O bildirib: “Biz baş məşqçinin xidmətlərindən imtina etməyə məcbur olduq. Ona uğurlar arzulayırıq. İspaniya yığmasının bütün əməkdaşları dəqiq başa düşməlidirlər ki, ümumi qəbul olunmuş davranış formaları var. Problem ondadır ki, “Real” Madridlə bütün işlər İspaniya Futbol Federasiyasından yan keçməklə aparılıb. Bunu diqqətdənkənar qoya bilmərik”. Xatırladaq ki, “Real” Madrid ötən gün X. Lopateqinin klubun baş məşqçisi təyin edildiyini açıqlayıb.