çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Dünyanın ən dəyərli futbol komandaları məlum oldu - SİYAHI

13.06.2018 14:51 Oxundu 2177

Dünyanın ən dəyərli 20 futbol komandasının ümumi dəyəri ötən il ərzində 14% və ya 1,69 milyard dollar artıb. Cempion.az xəbər verir ki, bu barədə məlumat məşhur "Forbes" jurnalı tərəfindən açıqlanan hesabatda yer alıb. Məlumatda bildirilir ki, son 5 il ərzində ən dəyərli 20 futbol komandasının ümumi dəyəri 74% artıb.

Məlumatda qeyd olunur ki, futbol klublarının dəyərinin artmasında klubların əldə etdikləri gəlirlər həlledici olub. Belə ki, 2016-2017 mövsümündə ən yaxşı 20 komanda orta hesabla 428 milyon dollar gəlir əldə ediblər. Bu göstərici 5 il bundan əvvəl ilə müqayisədə 40% çoxdur.

İngiltərənin "Mançester Yunayted" klubunun dəyəri ötən 3,69 milyard dollardan 4,12 milyard dollara yüksəlib. "Mançester Yunayted" ötən il 737 milyon dollar gəlir əldə edib.

Dünyanın ən dəyərli futbol klublarının ilk 10-luğu belə olub: