Cümə, 14 dekabr 2018

Menu

Cümə, 14 dekabr 2018

BIZIM FUTBOL

"Neftçi"nin baş məşqçisi dünya çempionatında hansı komandaya azarkeşlik edəcək?

14.06.2018 09:56

"Neftçi" klubunun üzvləri futbol üzrə dünya çempionatında azarkeşlik edəcəkləri ölkələrin milli komandalarının adlarını açıqlayıblar.

Cempion.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı baş məşqçi Roberto Bordin Rusiyanı dəstəkləyəcəyini bildirib. Onun köməkçiləri Andrea Vezzu və Etibar Tarıverdiyev isə Braziliyaya üstünlük verib. "Pentakampeonlar"ı 3 futbolçu - Rəhman Hacıyev, Emin Mahmudov və Mirabdulla Abbasov da dəstəkləyib.

Daha iki köməkçi məşqçi - İqor Getman və Füzuli Məmmədov, eləcə də 2 oyunçu - Rəşad Əzizli və Elvin Sərkərov Almaniyaya, Ruslan Abışovla Tural Axundov İspaniyaya, Rəşad Eyubovla Soni Mustivar Fransaya, Kamran İbrahimov Portuqaliyaya, Anton Krivotsyuk Nigeriyaya azarkeşlik edəcəyini bildirib.

Qeyd edək ki, bu gün Rusiyada start götürəcək dünya çempionatına iyulun 15-də yekun vurulacaq.

Oxundu: 809

© 2018 - NSPSOLUTIONS