cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

3 oyunçu cəzalandırılacaq - 0:5 hesablı məğlubiyyətə görə

15.06.2018 10:49 Oxundu 1761

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Adel İzzat DÇ-2018-in açılış matçında Rusiyaya 0:5 hesablı məğlubiyyətə görə 3 futbolçunu cəzalandıracağını açıqlayıb.

Xarci KİV xəbər verir ki, o bildirib ki, qapıçı Abdulla əl-Mayuf, müdafiəçi Ömər Havsavi və hücumçu Məhəmməd əl-Səhləviyə cəza tətbiq edəcəklər:

"Bu, tamamilə xoşagəlməz nəticədir və hazırlığımızın səviyyəsini əks etdirmir. Bir neçə oyunçu - qapıçı Abdulla əl-Mayuf, hücumçu Məhəmməd əl-Səhləvi və müdafiəçi Ömər Havsavi və cəzalandırılacaq".(Qol.az)