çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

"Neftçi" klubu xorvatiyalı müdafiəçi ilə müqavilə bağlayıb

15.06.2018 10:51 Oxundu 2829

"Neftçi” klubu daha bir futbolçu transferini həyata keçirib. Cempion.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı Slavko Braliçlə birillik müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi 28 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Slavko Braliçin sonuncu klubu "Şiroki Brieq” (Bosniya və Herseqovina) olub. O, Xorvatiyanın "Omladinas Vranyiç”, "Solin” və "Osiyek” komandalarında da çıxış edib. Bunadək "Neftçi” cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib.