cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Müqaviləmi yeniləmək cəmi 2 saniyə vaxt apardı" - Aqolli

15.06.2018 12:39 Oxundu 2835

"Müqaviləmi yeniləmək cəmi 2 saniyə vaxt apardı. İkinci evim olan "Qarabağ"da daha bir il keçirəcəyimə görə xoşbəxtəm".

"Qarabağ"ın futbolçusu Ansi Aqolli klubu ilə yeni müqavilə imzalamasına özünün "Feysbuk" səhifəsi vasitəsi ilə münasibət bildirərkən deyib.

Ağdam klubu ilə müqavilənin müddətini 1 il uzadan 36 yaşlı müdafiəçi bu mövsüm geridə qalan 8 ildə göstərdiyi performansın eynisini təkrarlamaya çalışacağına söz verib: " Keçən ilki uğurlarımızı təkrarlamaq və daha uğurlu bir mövsüm keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Qeyd edək ki, A.Aqolli 2010-cu ildən “Qarabağ”da oynayır.(Qol.az)