şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

DÇ-2018: Kaliniç millidən uzaqlaşdırıla bilər

18.06.2018 15:23 Oxundu 1696

Nikola Kaliniç Xorvatiya millisindən uzaqlaşdırıla bilər. “Football İtalia”nın yaydığı xəbərə görə, buna səbəb onun Nigeriya ilə oyunda meydana daxil olmaq istəməməsidir.

Matçın sonuna 5 dəqiqə qalmış baş məşqçi Zlatko Daliç Mario Mandjkuiçi Kaliniçlə əvəz etmək istəyib. Lakin 30 yaşlı hücumçu kürəyində ağrı olduğunu əsas gətirərək meydana daxil olmaqdan imtina edib. Buna görə də, Mandjukiçin əvəzinə meydana Marko Pyatsa daxil olub.(Qol.az)