çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

DÇ-2018: Bugünkü oyunların siyahısı

19.06.2018 10:00 Oxundu 2402

Rusiyadakı dünya çempionatında bu gün daha 3 görüş keçiriləcək. Bununla həm qrup mərhələsində ilk tura yekun vurulacaq, həm də ikinci tura start veriləcək.

H qrupunda mübarizə Kolumbiya – Yaponiya görüşü ilə başlayacaq. Heyətində ulduz futbolçuları olan Cənubi Amerika təmsilçisi bunun köməyi ilə mundiala qələbə ilə start götürmək niyyətindədir. Lakin indiyə qədər baş tutan matçlar ulduzların varlığının uğur üçün kifayət etmədiyini ortaya qoyub.

Qrup mərhələsində ilk tura Polşa – Seneqal qarşılaşması ilə yekun vurulacaq. Bu oyun daha çox Levandovski – Mane mübarizəsi kimi qələmə verilir. Polşalılar bir çoxları tərəfindən qrupun favoriti hesab olunsa da, Seneqal millisinin heyətində kifayət qədər tanınmış sima var.

Günün son duelində isə II turun ilk görüşü oynanılacaq. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verəcək. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması bu dəfə mütləq qalib gəlməlidir. Meydan sahibləri isə qələbə qazanmaqla 1/8 finala vəsiqəni əldə edə bilər.

Dünya çempionatı

19 iyun

H qrupu

16:00. Kolumbiya – Yaponiya

Saransk, “Mordoviya Arena”

19:00. Polşa – Seneqal

Moskva, “Spartak” stadionu

A qrupu

22:00. Rusiya – Misir

Sankt-Peterburq, Şəhər stadionu

(Apasport)