çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Kolumbiya Yaponiyaya qarşı - YENİLƏNİR

19.06.2018 16:56 Oxundu 1680

Rusiyadakı dünya çempionatında bu gün daha 3 görüş keçiriləcək. Bununla həm qrup mərhələsində ilk tura yekun vurulacaq, həm də ikinci tura start veriləcək.

H qrupunda mübarizə Kolumbiya - Yaponiya görüşü ilə başlayacaq. Heyətində ulduz futbolçuları olan cənubi amerika təmsilçisi bunun köməyi ilə mundiala qələbə ilə start götürmək niyyətindədi. Lakin indiyə qədər baş tutan matçlar ulduzların varlığının uğur üçün kifayət etmədiyini ortaya qoyub.

Qrup mərhələsində ilk tura Polşa - Seneqal qarşılaşması ilə yekun vurulacaq. Bu oyun daha çox Levandovski - Mane mübarizəsi kimi qələmə verilir. Polşalılar bir çoxları tərəfindən qrupun favoriti hesab olunsa da, Seneqal millisinin heyətində kifayət qədər tanınmış sima var.

Günün son duelində isə II turun ilk görüşü oynanılacaq. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verəcək. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması bu dəfə mütləq qalib gəlməlidi. Meydan sahibləri isə qələbə qazanmaqla 1/8 finala vəsiqəni əldə edə bilər.

Dünya çempionatı

19 iyun

H qrupu

16:00. Kolumbiya - Yaponiya

Hakimlər: Damir Skomina, Yure Paprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şarif (Əlcəzair)

Saranks, "Mordoviya Arena"

Kolumbiya: 1. David Ospina, 3. Oskar Murilyo, 4. Santyaqo Arias, 6. Karlos Sançes, 9. Radamel Falkao (k), 11. Xuan Kuadrado, 16. Cefferson Lerma, 17. Xoan Moxika, 20. Xuan Kintero, 21. Xose İskierdo, 23. Davinson Sançes

Ehtiyat oyunçular: 12. Kamilo Varqas, 22. Xose Kuadrado, 2. Kristian Sapata, 5. Vilmar Barrios, 7. Karlos Bakka, 8. Abel Aqilar, 10. Hames Rodriges, 13. Yerri Mina, 14. Luis Muriel, 15. Mateus Uribe, 18. Fərid Diaz, 19. Migel Borxa

Baş məşqçi: Xose Pekerman

Yaponiya: 1. Eyi Kavasima, 3. Qen Şoji, 5. Yuto Naqatomo, 7. Qaku Şibasaki, 8. Qenki Xaraquçi, 10. Sindzi Kaqava, 14. Takaşi İnui, 15. Yuya Osako, 17. Makoto Hasebe (k), 19. Hiroki Sakai, 22. Maya Yoşida

Ehtiyat oyunçular: 12. Masaaki Hiqasiquçi, 23. Kosuke Nakamura, 2. Naomisi Ueda, 4. Keysuke Honda, 6. Vataru Endo, 9. Sindzi Okazaki, 11. Takaşi Usami, 13. Yoşinori Muto, 16. Hotaru Yamaquçi, 18. Riota Oşima, 20. Tomoaki Makino, 21. Qotoku Sakai

Baş məşqçi: Akira Nişino

(Apasport)