çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi

20.06.2018 17:07 Oxundu 2738

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin püşkü atılıb.

Ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşib.

Ölkə kubokunun sahibi "Keşlə" Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq. İlk oyun səfərdə keçiriləcək.

Gümüş mükafatçı "Qəbələ" Lüksemburq təmsilçisi "Proqres"ə rəqib olub. İlk oyun səfərdə olacaq.

Bürünc medalçı "Neftçi" isə Macarsıstanın "Uypeşt" klubu ilə üz-üzə gələcək. İlk oyunun Bakıda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.(Qol.az)