çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

“Qəbələ”dən püşkə münasibət

20.06.2018 17:09 Oxundu 2459

“Qəbələ”dən püşkə münasibət

“İlk dəfə bu komanda ilə qarşılaşacağıq. Rəqibi tanımırıq. Ona görə də indidən ciddi bir fikir bildirmək olmaz”.

Bu sözləri “Qəbələ”nin meneceri Zaur Əzizov deyib. Avropa Liqasının 1-ci təsnifat mərhələsində Lüksemburqun “Proqres” klubu ilə düşən əyalət klubunun rəsmisi püşkatmanı dəyərləndirib. Z. Əzizov bildirib ki, hər iki oyun çətin keçəcək.


“Sadəcə, bilirik ki, çox çətin oyunlar olacaq. Keçən il çempionatda üçüncü yeri tutmuş komanda bizi məğlub etmişdi. Bu klub isə mövsümü 2-cı sırada bitirib. İlk oyunu səfərdə keçirəcəyik. Amma bunu “Qəbələ” üçün üstünlük saymaq olmaz”.

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.(Qol.az)